Bank Of Baku

Azərbaycanın gənc skripkaçısı Pyotr Çaykovski adına gənc musiqiçilərin beynəlxalq müsabiqəsində iştirak edəcək

Azərbaycanın gənc skripkaçısı Pyotr Çaykovski adına gənc musiqiçilərin beynəlxalq müsabiqəsində iştirak edəcək
# 24 iyul 2012 09:31 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Gənc skripkaçı, prezident təqaüdçüsü Elvin Qəniyev 3-16 sentyabr tarixlərində İsveçrənin Montrö və Veve şəhərlərində keçiriləcək Çaykovski adına Gənc Musiqiçilərin Beynəlxalq Müsabiqəsinə hazırlaşır. Bununla əlaqədar Elvin Qəniyev Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə cari ilin iyul-avqust aylarında Almaniyanın Qettingen, Fransanın Verbier, Avstriyanın Zalsburq və İsveçrənin İnterlaken şəhərlərində tanınmış skripkaçı, professor Zahar Bron tərəfindən keçiriləcək kurslarda iştirak edəcək.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 14 yaşlı Elvin Qəniyev onlarla beynəlxalq festival və müsabiqədə, Azərbaycanda və xarici ölkələrdə keçirilən yüksək səviyyəli tədbirlərdə uğurla çıxış edib. O, bir çox nüfuzlu beynəlxalq müsabiqənin, o cümlədən K. Lipinski və Q. Venyavski adına Gənc Skripkaçıların XI Beynəlxalq Müsabiqəsinin (Polşa), "Klassik irs" (Rusiya) və "Madrid gecələri" (İspaniya) adlı beynəlxalq müsabiqələrin laureatıdır.

Gənc skripkaçı hazırda İsveçrənin Sürix İncəsənət Universitetinin Musiqi şöbəsində təhsil alır. 2010-cu ildə İtaliyada keçirilmiş gənc musiqiçilərin beynəlxalq müsabiqəsində qələbəsindən sonra Elvin Xoca Qəniyev Roma Papası tərəfindən Ordenlə təltif olunub.

Elvin Xoca Qəniyevin adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılıb və o, Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR