Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyi Şəmkirdə səyyar kollegiya iclası keçirib - FOTO

Mədəniyyət və Turizm Nazirliyi Şəmkirdə səyyar kollegiya iclası keçirib - <font color=red>FOTO</font>
# 26 iyul 2012 16:09 (UTC +04:00)
Şəmkir. Ayxan Hüseynov-APA. Mədəniyyət və Turizm Nazirliyi Şəmkirdə rayon Mədəniyyət və Turizm Şöbəsinin və tabeçiliyində olan müəssisələrin fəaliyyətinə həsr olunmuş səyyar kollegiya iclası keçirib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, Şəmkir rayon icra hakimiyyətində baş tutan kollegiya iclasına nazir Əbülfəz Qarayev, Şəmkir rayon icra hakimiyyətinin başçısı Nazim Veysov, nazir müavini Vaqif Əliyev və nazirliyin digər məsul şəxsləri qatılıblar. Tədbir iştirakçıları ilk olaraq rayon mərkəzində ucaldılmış Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra nazir Əbülfəz Qarayev 19-cu əsrdə almanlar tərəfindən inşa edilmiş alman kilsəsinə gələrək burada aparılan yenidənqurma işləri ilə yaxından tanış olub. Nazir Heydər Əliyev Mərkəzinə və Şəmkir rayon Mədəniyyət Evinə də baş çəkib.

Daha sonra Şəmkir rayon icra hakimiyyətində rayon Mədəniyyət və Turizm Şöbəsinin və tabeçiliyində olan müəssisələrin fəaliyyətinə həsr olunmuş səyyar kollegiya iclası öz işinə başlayıb. İclasda Şəmkir rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan tarixi abidələrin abadlaşdırılması, muzey işi, musiqi məktəblərinin işi, turizm imkanlarının araşdırılması və onların inkişafı kimi mövzular müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR