Bank Of Baku

Qəbələdə London Royal Filarmonik Orkestrinin konserti olub

Qəbələdə London Royal Filarmonik Orkestrinin konserti olub
# 29 iyul 2012 20:26 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov-APA. Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 29-da Azərbaycan və SSRİ-nin xalq artisti, görkəmli dirijor və bəstəkar Niyazinin 100 illik yubileyi münasibətilə konsert olub.

APA-nın məlumatına görə, konsertdən öncə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın festival iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub.

Sonra London Royal Filarmonik Orkestrinin solistlərinin, eləcə də Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi, Prezident mükafatçısı dirijor Yalçın Adıgözəlovun, Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin, beynəlxalq müsabiqə və festivalların iştirakçısı Fuad İbrahimovun (dirijor), İtaliyanın Pezaro Musiqi Akademiyasının tələbəsi Azər Rzazadənin (tenor), əməkdar artist və Prezident mükafatçısı Gülnaz İsmayılovanın (soprano) iştirakı ilə konsert proqramı təqdim olunub.

Konsertdə Ü. Hacıbəylinin “Koroğlu” operasından üvertüra, Niyazinin “Arzu”, “Qaytağı”, “Vətən” mahnısı, “Rast” simfonik muğamı və s əsərlər səsləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR