Bank Of Baku

Fəttah Heydərov: “Qəbələ IV Beynəlxalq Musiqi Festivalında dünyanın 10 ölkəsindən 350 musiqiçi iştirak edib”

Fəttah Heydərov:  “Qəbələ IV Beynəlxalq Musiqi Festivalında dünyanın 10 ölkəsindən 350 musiqiçi iştirak edib”
# 06 avqust 2012 21:35 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu millət vəkili Fəttah Heydərov deyib.

Millət vəkili 14 gün davam edən festivalda 10 ölkənin 350-yə yaxın musiqiçisinin iştirak etdiyini bildirib: “ Bu günlərdə Qəbələdə Azərbaycan bəstəkarlarının simfonik əsərləri, dünya musiqi inciləri, ecazkar muğamımız heyranlıqla dinlənildi, dünya şöhrətli sənətçilər səhnə aldılar”.

F. Heydərov bildirib ki, bu cür tədbirlər mədəniyyət xadimləri arasında əlaqələrin qurulmasına, xalqların bir-birinə yaxınlaşmasına xidmət edir. Millət vəkili Heydər Əliyev Fondunun layihələrindən olan bu beynəlxalq musiqi festivalının hələ uzun illər keçiriləcəyinə, Qəbələnin beynəlxalq mədəniyyət mərkəzinə çevriləcəyinə inandığını bildirib.

Qeyd edək ki, bu il Qəbələdə IV Beynəlxalq Musiqi Festivalı keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR