Bank Of Baku

Şəkidə 600 yerlik yarımörtülü amfiteatr qurğusu tikilir

Şəkidə 600 yerlik yarımörtülü amfiteatr qurğusu tikilir
# 13 avqust 2012 11:54 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Şəki şəhərində "Yuxarıbaş" Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində, XVIII əsrə aid memarlıq abidəsi "Qala divarları"nın yaxınlığında 600 yerlik yarımörtülü amfiteatr qurğusu tikilir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, amfiteatr Nazirlər Kabinetinin dahi mütəfəkkir Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi ilə bağlı müvafiq Sərəncamına əsasən, dövlət vəsaiti hesabına inşa edilir.

Şərq memarlığı üslubunda tikilən amfiteatr qurğusu açıq səma altında 600 yerlik tamaşaçı zalı və inzibati korpusdan ibarət olacaq. İnzibati korpusa 96 kvadratmetr sahəsi olan səhnə, rejissor, məşq, qrim və iş otaqları, mətbəx və yardımçı otaqlar daxildir. Qurğunun açılıb-yığılan metal-çadır konstruksiyası və digər avadanlıqları Türkiyədə hazırlanır. Ümumi ərazisi 5,4 min kvadratmetrə yaxın olan amfiteatrın qurğusuna, həmçinin hər birinin tutumu 100 kubmetr olan yeraltı içməli və yanğınsöndürmə üçün nəzərdə tutulan su anbarları, nasosxana, transformator yarımstansiyası, avtomobil dayanacağı daxildir. Ərazidə istirahət zonası salınacaq, səki və yollar qurulacaq.

M.F.Axundzadənin yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulan amfiteatrın tikinti işlərinin sentyabrın birinci ongünlüyündə başa çatdırılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR