Azərbaycan Helsinkidə keçirilən Beynəlxalq Kitabxana Konfransında iştirak edir
15 avqust 2012 14:43 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA. Finlandiyanın paytaxtı Helsinki şəhərində "İFLA-2012" Beynəlxalq Kitabxana Konfransı keçirilir. APA-nın Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Finlandiya Kitabxana Assosiasiyası, Helsinki şəhər Şurası, Finlandiya Təhsil və Mədəniyyət Nazirliyi, habelə Finlandiyanın bütün kitabxanaları tərəfindən dəstəklənən konfransda Azərbaycanı mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev təmsil edir.
"Güclü kitabxanalar, güclü cəmiyyətlər: demokratikləşmə və biliklərə giriş kitabxanalardandır" devizi altında həyata keçirilən konfransın seminarlarında "Müasir digital kitabxanalar", "Biblioqrafiya müasir rəqəmləşən dövrdə", "Güclü kitabxana assosiasiyalarının qurulması", "Kitabxanalar: gənclər və uşaqlar üçün" və s. məsələlər müzakirə olunur.
Konfrans çərçivəsində kitabxana-informasiya sahəsində yeni know-how texnologiyalarının və yeni nəşrlərin sərgisi də nümayiş ediləcək.

Mədəniyyət siyasəti
Mədəniyyət müəssisələrinin rəhbərləri üçün təlim keçiriləcək
18:45
10 may 2024
Mədəniyyət Nazirliyinin kollektivi Ulu öndərin məzarını ziyarət edib
14:49
10 may 2024
Baş direktor: Qarşıdakı günlərdə Bakıda ICESCO-nun regional ofisinin açılışı olacaq
11:57
10 may 2024
ICESCO-nun baş direktoru: Şuşa - “İslam dünyasının mədəniyyət paytaxtı”nın təntənəli açılış mərasimi keçiriləcək
11:49
10 may 2024