Bank Of Baku

Bakıda “İpək Yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm” adlı beynəlxalq konfrans keçiriləcək

Bakıda “İpək Yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm” adlı beynəlxalq konfrans keçiriləcək
# 27 avqust 2012 15:11 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bakıda “İpək Yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm” adlı beynəlxalq konfrans keçiriləcək. 6-7 sentyabr tarixlərində keçiriləcək konfrans Mədəniyyət və Turizm Nazirliyi, Ümumdünya Turizm Təşkilatı (BMÜTT) və Azərbaycan Turizm Assosiasiyası tərəfindən təşkil olunacaq. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda BMÜTT-nin baş katibi Taleb Rifai, BMÜTT-nin məruzəçiləri, ekspertləri, BMÜTT üzv dövlətlərinin milli turizm təşkilatlarının yüksək vəzifəli şəxsləri, həmçinin yerli və xarici hökumət və qeyri-hökumət təşkilatlarının və dünyanın aparıcı KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Konfransın açılışı sentyabrın 6-da olacaq. Azərbaycan BMÜTT-nin "İpək Yolu Proqramının" üzvüdür. 28 ölkənin üzv olduğu İpək Yolu Proqramının məqsədi birgə səylərlə İpək Yolu boyunca turizmi davamlı inkişaf etdirməkdən ibarətdir. Konfrans iştirakçıları İpək Yolu ölkələrinin kulinariya təcrübəsinə dair fikir mübadiləsi aparacaqlar.

Tədbirin ilk günü "Qida və Turizm: Qlobal meyllər və imkanlar", "İpək Yolunun Kulinariya məkanlarının aparıcı şəbəkəsi kimi qurulması" və "İnkişaf üçün qida" mövzularında sessiyalar təşkil ediləcək. Konfransın ikinci günü "İpək Yolu qlobal səyahət mediasında" və "Rəqəmsal dövr: Sosial media və səyahət" mövzularında dəyirmi masaların keçirilməsi planlaşdırılır. Həmçinin tədbir çərçivəsində Azərbaycan, Türkiyə, İtaliya və İspaniya mətbəxlərinin təqdimatı və master - klaslar təşkil olunacaq, Azərbaycan və Gürcüstan istehsalı olan şərabların dequstasiyası keçiriləcək. Tədbir çərçivəsində iştirak edəcək dünyanın aparıcı KİV nümayəndələrinin Azərbaycanın regionlarına press-turu təşkil ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR