Bank Of Baku

“Mədəniyyətlərarası dialoqun inkişafında medianın rolu” mövzusunda beynəlxalq seminarın yekun sənədi qəbul olunub

“Mədəniyyətlərarası dialoqun inkişafında medianın rolu” mövzusunda beynəlxalq seminarın yekun sənədi qəbul olunub
# 28 avqust 2012 12:57 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. TÜRKSOY, İSESCO və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoqun inkişafında medianın rolu” mövzusunda keçirilən beynəlxalq seminarın yekun sənədi qəbul olunub. APA-nın məlumatına görə, seminarın yekunu olaraq Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanı təmsil edən media nümayəndələrinə tövsiyələr qəbul edilib.

Sənəddə iştirakçı ölkələrin media orqanlarına müxtəlifliyə hörmət və düşüncə azadlığının təmin edilməsi məqsədilə media və qeyri-hökumət təşkilatlarının mədəniyyətərarası dialoqu və qarşılıqlı anlaşmanı dəstəkləməsi, iştirakçı ölkələrdəki səlahiyyətli orqanın köməyi ilə ənənəvi informasiya vasitələrinin yanmda kompüter dəstəkli ünsiyyətin, dialoq, vətəndaşlıq şüuru və islam mədəniyyətinə mənsub olmanın verdiyi qürurun inkişaf etdirilməsi, Twitter, Facebook, Youtube kimi yeni media vasitələri ilə zorakılıq və ayrı-seçkiliyin yayılmasını önləmək baxımından üzv ölkələrdəki uşaq və gənclərin təhsilində qarşılıqlı dialoq və fərqliliklərə hörmət anlayışına üstünlük verilməsi tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR