Cəmil Quliyev: “Kino sahəsində nə qədər çox təşkilat olsa, kinomuzun xeyrinədir” - MÜSAHİBƏ
- Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ətrafında söz-söhbətlər və narazılıqlar bitmək bilmir. Bu, nə qədər davam edə bilər?
- Hesab edirəm ki, kino sahəsində nə qədər çox təşkilat olsa, kinomuzun xeyrinədir. Yeni yaranmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Azərbaycan kinosuna öz töhfələrini verə biləcək bir təşkilatdır. Son iki ay ərzində ittifaqa insanlar könüllü olaraq müraciət edib üzv qəbul olunublar. Bunlar kino sahəsində çalışan insanlardır, onların arasında veteranlar, eyni zamanda gənclər də var. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının rəhbərliyi zor tətbiq etməklə, yaxud hədə-qorxu ilə heç kimi ittifaqın üzvlüyünə qəbul etməyib. Bu bizim ətrafımızda yayılan müəyyən şayiələrdir, bu şayiələr müəyyən insanlara sərf edir ki, bizim təşkilatı nüfuzdan salsınlar, təşkilatımızın ətrafında qalmaqal yaratsınlar. Son iki həftə ərzində ünvanıma kifayət qədər təhqiramiz sözlər söylənilib, müxtəlif mətbuat orqanları tərəfindən təhqir olunmuşam. Bunu normal qəbul edirəm və hesab edirəm ki, insanlar kino sahəsində heç bir fəaliyyətlə məşğul ola bilməyəndə təhqirə keçir, suçlamalara başlayırlar. Məni təhqir etməkdənsə, kino sahəsində xeyirli işlər görmək lazımdır. Bizim təşkilat bu işlərlə məşğul olur, biz fəaliyyətimizi davam edirik. Ünvanımıza söylənilən bütün şayiələr, bütün sözlər, fikirlər bir daha sübut edir ki, bu ittifaq nəsə edir və bu ittifaqa qarşı mübarizə aparmaq lazımdır. Və bunu da müəyyən insanlar açıq-aşkar edirlər...
- Bu cür qalmaqalların hökm sürdüyü bir vəziyyətdə kino sahəsinin, eyni zamanda qurumların inkişafından, gələcək fəaliyyətindən danışmaq olarmı?
- Bizim təşkilat hazırda bir neçə layihə üzərində işləyir. Bu layihələr gerçəkləşdikdə tamaşaçılar və oxucular bunu görəcəklər. O ki qaldı bizim ətrafımızda aparılan söz-söhbətlərə, bunların hamısı ona görə olur ki, həm müəyyən qədər fiziki imkanlarımızı zəiflətsinlər, həm də qanımızı qaraltsınlar. Amma biz yolumuzdan dönməyəcəyik. Mənim haqqımda istədikləri qədər pis şeylər yazsınlar. Onsuz da həm Azərbaycanda, həm də xaricdə əsl kinematoqrafçılar məni kifayət qədər tanıyırlar. Mənim xaricdə dostlarım çoxdur və orada da mən Azərbaycan kinosuna xidmət edirəm.
- Uzun illər Rasim Balayevlə eyni qurumda fəaliyyət göstərmisiniz, çiyin-çiyinə çalışmısınız. Bu gün isə aranızda qarşılıqlı ittihamlar var...
- Rasim Balayevlə heç bir düşmənçilik, şəxsi-qərəzlik işləri aparmağa həvəsim yoxdur. Sadəcə, hər bir tərəf bir-birinin mövqeyinə hörmətlə yanaşmalıdır. O ki qaldı onun mənim ünvanıma dediyi fikirlərə, onu qoy oxucular ayırd etsin, kim ona inanır inansın, kim inanmır inanmasın. Mən ona başqa heç bir söz deməyəcəyəm. Öz fəaliyyətimi yalnız işlə göstərəcəyəm. Onunla uzun illər birgə işləmişik və mən aramızda olan hörməti itirmək istəmirəm.
- Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının neçə üzvü var? Onlardan neçəsi Azərbaycan Kinematoqrafçılar İttifaqından gələnlərdir?
- Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına Azərbaycan Kinematoqrafçılar İttifaqından 72 nəfər şəxs keçib. İttifaqımızın üzvləri kifayət qədər çoxdur və bu proses gedir. Sentyabrın sonunda rəsmi olaraq üzvlərimizin sayını açıqlayacağıq və bütün yenilikləri deyəcəyik. Bilirsiniz, mən müəyyən insanların adlarını çəkmək istəmirəm, çünki o dəqiqə onlara zənglər olunur, təhqir edirlər, min söz deyirlər. Biz işimizi açıq və şəffaf şəkildə aparırıq, mətbuat vasitəsilə işıqlandırırıq. Bizim 200-dən çox üzvümüz var və gücümüz artmaqdadır.
- Bir neçə gün bundan əvvəl qurumunuza daxil olan üzvlərdən birinin siyahıda adının yanlış yazılması da böyük səs-küyə səbəb oldu.
- Şəxsən mənim adımı da mətbuatda bəzən səhv yazıblar. Bu, texniki, kompüter səhvidir. Həmin faktla bağlı mətbuat bizə müraciət etdi və cavablandırdıq. Bəli, bu, Nazim Yüzbaşov deyil, o, 15 il əvvəl dünyasını dəyişib, bu şəxs Rafiq Yüzbaşovdur. Bu adın ətrafında bu qədər qalmaqal yaratmağa dəyərmi? Bunu bizi hörmətdən salmaq üçün edirlər. Bizi biabır etmək istəyirdilər, amma heç nə alınmadı. Rafiq Yüzbaşov Azərbaycan elmi-kütləvi kinosunun inkişafında önəmli yeri olan, filmləri mükafatlara layiq görülmüş, öz sahəsində tanınmış insandır. Rafiq müəllim 10 ildən artıqdır ki, xəstədir. Dediyinə görə, o ittifaqdan heç kim onunla maraqlanmayib. Dünən də o insanı qəzet səhifəsində təhqir etdilər. Hansı ittifaqın üzvünü biz təhqir etmişik? Amma biz öz ünvanımıza kifayət qədər sözlər eşitmişik. Qoy oxucular kimin kim olduğunu ayırd etsinlər. Mən heç nə demək istəmirəm. Biz öz işimizi davam etdirəcəyik, fəaliyyətimizi göstərəcəyik. Yəqin ki, bu çıxışımdan sonra mənim ünvanıma yenə də ardı-arası kəsilməyən təhqirlər, müxtəlif ifadələr, hədə-qorxular olacaq. Bir tərəfdən yazılır ki, “Cəmil Quliyev insanları qorxudur, işdən çıxartdırır”. Mənim elə bir səlahiyyətim yoxdur ki, kinostudiyanın, televiziyanın işçisini işdən çıxartdırım. Boş söhbətlərdir. Biz heç kimi qorxutmuruq, əksinə, o ittifaqdan bizim təşkilata üzv olmaq istəyən insanlara bir daha fikirləşmələrini, götür-qoy etmələrini məsləhət bilirik. İstəmirik ki, sabah “bizi bura zorla gətirdilər” desinlər. Məndə olan məlumata görə, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvləri onların rəhbərliyi tərəfindən bir-bir dəvət olunur, onlarla söhbət aparırlar. Onlara qarşı yeni ittifaq tərəfindən təzyiq göstərilib-göstərilmədiyi soruşulur. Bizim ittifaqın ətrafında detektiv ssenari hazırlamaq istəyirlər.
- Sizə təzyiqlərin hansı formada olduğunu açıqlaya bilərsinizmi?
- Mənə telefon zəngləri olunub, məni təhqir ediblər, müxtəlif hədə-qorxu gəliblər. Adlarını bilmirəm, naməlum telefonlardan iş telefonuma da zənglər olunub. Müəyyən insanlar çalışırlar ki, mənim ətrafımda bu cür xoşagəlməz vəziyyət yaransın. Əfsuslar olsun ki, bunun kimlər tərəfindən olunduğunu bilmirəm, amma lazım olsa, hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Məni heç nə qorxutmur. Bu, mənim mövqeyimdir. Azərbaycan Kinematoqrafçılar İttifaqının işindən narazı olmuşam, ona görə də oranı tərk etmişəm. İttifaq yeni yaradılıb və biz Azərbaycan kinosuna xidmət edirik. Bu gün bizim sıralarımızda olan insanlar bizə inanırlar və bizə dəstək olmağa çalışırlar. Bizə dəstək olan insanların sayı kifayət qədərdir. Sadəcə, bizə işləməyə imkan versinlər. Bu təzyiqlər heç nəyə mane ola bilməyəcək.
Mədəniyyət siyasəti
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Xəbər Lenti
ETN: İranlı nazirin Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəccüb doğurur
Rusiya Dəmir Yolları: Ukrayna Anapa-Moskva qatarına dron zərbəsi endirib
"Kristal"dan külli miqdarda vergi borcu ilə bağlı məlumatlara - AÇIQLAMA
FHN Səbail rayonunda mülki müdafiə ilə bağlı tədbir keçirilib
Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri aparılır
Rusiyanın 30 regionunda İİV ümumiləşdirilmiş epidemiya miqyasına qədər yayılıb
Ukraynanın Rusiyanın Voronej vilayətinə kütləvi dron hücumu nəticəsində iki nəfər ölüb, 17 yaralı var
Ötən ay sosial müavinət və təqaüd alanların sayı məlum olub
Siyəzəndə evdən meyit tapılıb
İordaniyada kilsəyə silahlı hücum edənlər tutulub
AzInTelecom tərəfindən 85 mindən çox saxta IMEI kod bloklanıb
"Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na əlavələr nədən qaynaqlanır? - Mətbuat Şurasının şərhi
Bakıda Yeni Ramana küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Xətai rayonunda kafedə qətllə bağlı 11 nəfər həbs edilib - BİRGƏ MƏLUMAT - VİDEO
"AccessBank"ın sədri: "Bank Respublika" ilə birləşməyə dair sövdələşmə tamamlanıb
Bu günün valyuta məzənnələri
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
Dünya bazarlarında neft ucuzlaşıb
Nyu-York birjasında təbii qazın qiyməti azalır
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
“Bitcoin”in qiyməti 80 min dollardan aşağı düşüb
Qlobal fond bazarlarının əsas indeks göstəriciləri
ABŞ və Avropa fond bazarlarında eniş davam edib
Rusiyada yük qatarının 20 vaqonu relsdən çıxıb, yanğın baş verib
Çexiyada ictimai televiziyanın maliyyələşdirilməsi ilə bağlı hökumətin planlarına qarşı etirazlar keçirilib
WSJ: ABŞ Viktor Orbanı BMT-nin Baş katibi vəzifəsinə namizəd kimi görür
Lula da Silva Braziliyada prezident seçkilərinin ikinci turunda qalib gəlib
Berlində altı ayda silahla bağlı 585 hüquq pozuntusu qeydə alınıb
FT: Avropanın aparıcı lüks brendləri 251 milyard avro dəyər itirib
Pentaqon ABŞ-dakı hərbi bazaları 90 günlük avtonom fəaliyyətə hazırlayır
Tramp ABŞ və Kanadanın bir neçə ay ərzində ticarət sazişi imzalaya biləcəyini bildirib
Kimi Antonelli Formula 1 üzrə ABŞ Qran-Prisinin qalibi olub
Nigeriyada silahlı hücum nəticəsində azı 40 nəfər öldürülüb
Mask “Starlink”dən hücum məqsədilə istifadə edilməsinə qarşı çıxıb
“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib
Yunanıstan Səudiyyə Ərəbistanında “Patriot” sisteminin yerləşdirilmə müddətini uzadacaq
Vuçiç Serbiyada parlament seçkilərində məğlub olduqlarını etiraf edib
Bakıda avtomobil piyadanı vurub
Almaniyada kruiz gəmisi konteynerdaşıyan gəmi ilə toqquşub
Böyük Britaniyada güclü fırtına 1500-dən çox aviareysin gecikməsinə səbəb olub
Salvini İtaliyanın Ukraynaya yardımı dayandırmasını tələb edəcək
ABŞ və Kanada ticarət razılaşması üzrə danışıqları intensivləşdirib
Bloomberg: Demokratlar Epşteyn işi üzrə yeni araşdırmaya hazırlaşırlar
Tramp ABŞ, Rusiya və Ukrayna arasında danışıqların tezliklə keçiriləcəyini gözləyir
Əfqanıstanda 5,2 maqnitudalı zəlzələ baş verib
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat dəstəyini tam bərpa edib
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Husilər Səudiyyə Ərəbistanında hava limanına və hərbi bazalara raket zərbələri endirib
Səudiyyə Ərəbistanında raket qalıqlarının düşməsi nəticəsində iki nəfər yaralanıb
ABŞ Prezidenti Rusiya ilə dizel yanacağı razılaşmasını yüksək qiymətləndirib