Bank Of Baku

Nizami Gəncəvi haqqında sənədli film çəkilir

Nizami Gəncəvi haqqında sənədli film çəkilir
# 30 avqust 2012 13:48 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən "Nizami Gəncəvi" sənədli filmi üzərində işlər davam etdirilir. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nizami Gəncəvinin 870 illiyinə həsr olunan ekran əsərinin rejissoru Rafiq Quliyev, operatoru Ceyhun Quliyev, icraçı prodüseri Tofiq Musayevdir. Çəkilişlərinin xeyli hissəsi artıq geridə qalıb və yaradıcı qrup çəkilişləri davam etdirmək üçün Gəncə şəhərinə yola düşməyə hazırlaşır.

Gəncədə şəhər ziyalılarının, Nizamişünaslıq Mərkəzinin alimlərinin, adi şəhər sakinlərin böyük həmyerliləri haqqında fikirləri öyrəniləcək, şairə aid xatirə məkanları lentə alacaq.
Filmin sentyabrın sonunda təhvil verilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR