Bank Of Baku

Ankarada Maestro Niyazinin 100 illik yubileyi münasibətilə tədbirlər silsiləsi başlayıb

Ankarada Maestro Niyazinin 100 illik yubileyi münasibətilə tədbirlər silsiləsi başlayıb
# 01 sentyabr 2012 00:41 (UTC +04:00)
Bakı-APA. Avqustun 31-də Ankara Dövlət Rəsm və Heykəl Muzeyinin böyük konsert zalında Türkdilli Dövlətlərin Mədəniyyət Təşkilatı TÜRKSOY tərəfindən dahi Azərbaycan sənətkarı Maestro Niyazinin anadan olmasının 100-cü ildönümü münasibətilə planlaşdırılan konsertlər silsiləsinin ilk tədbiri təşkil olunub. Bu barədə APA Azərbaycanın Ankaradakı səfirliyinə istinadən məlumat verir.
Tədbirdə, TÜRKSOY-un Baş Katibi Düsen Kaseinov, Səfirliyimizin əməkdaşları, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi başda olmaqla çox sayda rəsmi dövlət qurumlarının yüksək vəzifəli şəxsləri, çox sayda mədəniyyət və incəsənət xadimləri, diaspor və ictimaiyyət nümayəndələri ilə yanaşı KİV nümayəndələri iştirak ediblər.
Tədbirin açılış nitqini TÜRKSOY-un Baş Katibi Düsen Kaseinov həyata keçirərək, konsert iştirakçılarını salamlayıb, bu cür tədbirlərin ölkələrimiz arasındakı əlaqələrə verdiyi müsbət töhfələrdən söz açaraq böyük sənətkar Niyazinin həyat və yaradıcılığından bəhs edib.
Ardından Türkdilli ölkələrin musiqiçilərindən ibarət TÜRKSOY Beynəlxalq Gənclər Orkestri, Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Asəf Zeynallı və Üzeyir Hacıbəylinin əsərlərini böyük professionallıqla səsləndiriblər.
Tədbir, TÜRKSOY-un Beynəlxalq Gənclər Orkestrinin nümayəndələrinə hədiyyə və plaketlər təqdim olunması ilə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR