Bank Of Baku

Böyük Britaniyanın Koventri Universitetinin professoru Azərbaycanda səfərdədir

Böyük Britaniyanın Koventri Universitetinin professoru Azərbaycanda səfərdədir
# 05 sentyabr 2012 08:05 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Böyük Britaniyanın Koventri Universitetinin professoru, İctimai Birlik İnstitutunun İcraçı direktoru Mayk Hardi Bakıda səfərdədir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M.Hardinin ölkəmizə səfəri 29 may - 1 iyun 2013-cü il tarixlərində Bakıda keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq çərçivəsində təşkil olunub.
Səfər çərçivəsində M.Hardi Mədəniyyət və Turizm Nazirliyində bir sıra görüşlər keçirib, nazir Ə.Qarayevin qəbulunda da olub. Görüşlər zamanı foruma hazırlıq, tərəfdaş beynəlxalq qurumlar olan UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESCO, Şimal-Cənub Mərkəzi və TÜRKSOY təşkilatı tərəfindən həyata keçiriləcək təşəbbüs və tədbirlər, həmçinin bilavasitə Azərbaycan tərəfindən irəli sürüləcək praktik təşəbbüslər müzakirə edilib, dövlət başçısı İlham Əliyevin müvafiq göstərişi və himayəsi ilə növbəti forumun yüksək səviyyədə təşkil ediləcəyi bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR