Bank Of Baku

Bakıda “İpək Yolunun tamı: kulinariya, mədəniyyət və turizm” mövzusunda konfrans davam edir

Bakıda “İpək Yolunun tamı: kulinariya, mədəniyyət və turizm” mövzusunda konfrans davam edir
# 07 sentyabr 2012 10:30 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “İpək Yolunun tamı: kulinariya, mədəniyyət və turizm” mövzusunda beynəlxalq konfrans öz işini davam etdirir. APA-nın məlumatına görə, beynəlxalq tədbir Mədəniyyət və Turizm Nazirliyi, Dünya Turizm Təşkilatı (DTT) və Azərbaycan Turizm Assosiasiyası tərəfindən təşkil olunub. Konfransın ikinci günü “İpək Yolu qlobal səyahət mediasında” və “Rəqəmsal dövr: sosial media və səyahət” mövzularında sessiyalar keçirilib. Bu sessiyalarda əsasən İpək Yolu məkanlarına səyahətlər barədə məlumatlarda KİV-i hansı amillərin cəlb etməsi, yeni medianın İpək Yoluna uyğunluğu, zəngin mətbəx nümunələrinin KİV-də öz əksini tapması və digər bu kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Gün ərzində həmçinin “dəyirmi masa” və ustad dərslərinin təşkili, eyni zamanda Azərbaycan və Gürcüstanın istehsalı olan şərabların dequstasiyasının keçirilməsi nəzərdə tutulur.
Konfransın ikinci günü mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirdə iştirak etmək üçün Bakıya gəlmiş ABŞ, Böyük Britaniya, Almaniya, İspaniya, İrlandiya və digər ölkələrin media mənsubları ilə görüşüb. Görüşdə xarici KİV təmsilçilərinə Azərbaycanın qədim mədəni irsi və turizm potensiyalı haqqında geniş məlumat verilib. Son illər ölkəmizə mədəni sahəyə yönəlmiş dövlət qayğısından söz açan nazir deyib ki, bunun nəticəsində qısa bir vaxtda Azərbaycanda bir çox mədəniyyət ocaqları əsaslı təmir edilib və müasir avadanlıqlarla təchiz olunub. Azərbaycanda turizmin inkişafından danışan nazir vurğulayıb ki, bu sahədə hər il 10-15 faiz artım müşahidə olunur. Görüşdə viza rejiminin sadələşdirilməsi, beynəlxalq mədəni layihələrin reallaşdırılması, xarici KİV-də Azərbaycanın mədəni həyatına dair mühüm məlumatların yerləşdirilməsi və digər məsələlər müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR