Bank Of Baku

Nizami Gəncəvinin yubileyinə hazırlıqla bağlı toplantı keçirilib

Nizami Gəncəvinin yubileyinə hazırlıqla bağlı toplantı keçirilib
# 12 sentyabr 2012 15:21 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi ilə əlaqədar görülmüş işlərlə əlaqədar Mədəniyyət və Turizm Nazirliyində iclas keçirilib. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yazıçılar Birliyi və Gəncə Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Nizami Gəncəvinin 870 illik yubileyinə hazırlıqla bağlı müzakirələr aparılıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, N. Gəncəvinin yubileyinə həsr olunmuş silsilə tədbirlərə Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın İtaliyadakı səfirliyinin iştirakı ilə Roma şəhərindəki məşhur “Villa Borghese” parkında böyük söz ustadının abidəsinin açılışı ilə start verilib. Sentyabrın 28-dən başlayaraq Gəncədə yubiley tədbirlərinə başlanacağını diqqətə çatdıran Ə. Qarayev deyib ki, bu mərasimə dünyanın bir çox yerlərindən gəlmiş tanınmış simalar qatılacaq. Şairin dünyaya göz açdığı bu qədim şəhərdə bir neçə gün ərzində “Beynəlxalq Nizami elmi konfransı” təşkil ediləcək, Nizami Gəncəvinin adını daşıyacaq kitabxananın təməli qoyulacaq, əsərlərindən ibarət sərgi açılacaq, rəssamların ədibin əsərlərinin motivləri əsasında çəkdikləri rəsm əsərləri nümayiş olunacaq, şəhərin mərkəzində “Xəmsə”yə daxil olan əsərlər əsasında hazırlanmış ədəbi-bədi kompozisiyalar göstəriləcək. Tədbirlər Bakıda davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR