Müsəlmanları təhqir edən filmin arxasındakı 4 şəxs kimdir?-FOTO
APA-nın beynəlxalq KİV-ə istinadən verdiyi məlumata görə, filmin prodüsseri kimi göstərilən Sam Bassielin əsl adı Nakoula Basseley Nakouladır. O, filmdəki aktyorlara bu əsərin adını “Səhra döyüşçüləri” kimi təqdim edib. Filmin internetdə yayımlanan təqdimat video rolikində özünü Sam Bassiel kimi təqdim etsə də, “Wall Street Journal” bu şəxsin 52 yaşındakı Nakoula Basseley Nakoula olduğunu dəqiqləşdirib. Bu şəxs İsrail və Amerikanın ikili vətəndaşıdır. Filmin məsləhətçisi Stev Klein onun Kıpti xristian ( qədim dövrdən xristianlığı qəbul edən misirlilər. Onlar İsanın ilahi və insanı tərəflərinin eyni olduğunu iddia etdikləri üçün katolik xristianlar tərəfindən də inkar edilirlər. Bəzi mənbələrə görə, indi Misirin özündə 7 milyona qədər Kıpti yaşayır-red) olduğunu deyib. Nakoulanın əvvəllər saxta sənədlə fırıldaqçılıq etdiyi üçün 790 min dollar təzminat və 21 ay həbs cəzası aldığı da bəlli olub.
Filmin məsləhətçisi: Stev Klein (Steve Klein)
“Cəsur Xristian Birliyi”, “Beynəlxalq Amerika Kıpti Məclisi” kimi ifrat sağçı və islam əleyhdarı olan təşkilatların üzvüdür. ABŞ-ın Kaliforniya ştatındakı Kaveyah qəsəbəsindəki Kıpti kilsəsi ilə yaxın əlaqələri var. Filmin çəkilməsi ilə bağlı danışarkən “bu işə nəticəsinin nə olacağını bilərək, başladıq” deyib.
Filmin reklamçısı: Terri Cones (Terry Jones)
Bu şəxs 2010-ci ildə “Quranı yandırma ayini təşkil edəcəyəm” deməsi ilə qalmaqal yaratmış amerikalı rahibdir. Cones “Müsəlmanların məsumiyyəti” filminə dəstək verdiyini, filmin reklamı ilə məşğul olduğunu acıq söyləyib. Amerika Ordusunun Baş Qərargah rəisinin filmin təbliği ilə məşğul olmağı dayandırması çağırışını da açıq bəyanatla rədd edib.
Ərəbçəyə çevirən: Morris Sadek (Morris Sadek)
Beynəlxalq Amerika Kıpti Məclisinin misirli rəhbəridir. Filmin əsasən müsəlman dünyasında çaxnaşma yaratmasına səbəb məhz onun ərəbcə versiyası olub. O, filmin “Youtube” saytında yayımlanan linklərini özünün Twitter hesabında da paylaşmaqdan çəkinməyib. Hazırda ABŞ-ın Kaliforniya ştatında yaşayır və özünü “hüquq müdafiəçisi” kimi təqdim edir.
İlk versiya-“Bin Ladenin məsumiyyəti”
Amerika mediasında yazılana görə, filmin ilk versiyası ucuz və uğursuz olub, Bu film ilk dəfə Hollivudda bir kino salonunda “Bin Ladenin məsumiyyəti” adı ilə göstərilib. Lakin heç bir müzakirəyə səbəb olmayıb. Bundan sonra prodüsser və dəstəkçiləri filmin adına və reklam çarxlarına Məhəmməd Peyğəmbərlə bağlı hissələri çıxarmaqla, dünyanı çalxalamağa nail olublar.
“Aldadıldıq”
Filmin aktyor və texniki heyətində təmsil olunan 80 nəfər isə aldadıldıqlarını iddia edirlər. Onlar dünən yayımladıqları “Aldadıldıq” başlıqlı açıqlamalarında internetdə “Səhra döyüşçüləri” adlı filmin çəkilişi ilə bağlı élan görəndən sonra filmin prodüsseri Sam Bassiel ilə əlaqə saxladıqlarını qeyd ediblər. Onlar islam əleyhinə bir filimdə deyil, qədim Misiri anladan əsərdə oynadıqlarını deyiblər. Heyətin bildirdiyinə görə, filimdə bəzi obrazların müraciəti belə dəyişdirilib. Məsələn, filmin bir yerində aktyorun qarşısındakını “Georgi” deyə çağırdığı ağız işarəsi ilə anlaşılsa da, səs “Məhəmməd” olaraq çıxır. Filmin heyəti qeyd edib ki, onlar ssenarinin sonradan “qorxunc bir şəkildə dəyişdirildiyini görərkən, şoka düşüblər: “Ortaya çıxan faciədən sarsıldıq”.
Qeyd edək ki, “Müsəlmanların məsumiyyəti” adı ilə yayımlanan film islam aləmində etirazlara və iğtişalara səbəb olub. Olaylar xüsusilə ərəb ölkələrində qanlı qətllərlə yadda qalıb. ABŞ-ın Liviyadakı konsulu və bir neçə diplomatı konsulluq binasına hücum edənlər tərəfindən öldürülüb, binanın altı üstünə çevrilərək, yandırılıb. Misirdə isə bir neçə gündür ki, səngiməyən iğtişaşlarda yüzlərlə insan xəsarət alıb.
Mədəniyyət siyasəti
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Xəbər Lenti
Bakı Metropolitenində dekarbonizasiya layihəsi üzrə ilkin missiya başa çatıb
Nazirlik: İranda Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur, köklü etnik azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
FSB: Ukrayna Moskvanın hava hücumundan müdafiə sisteminin əsas elementlərindən birinə dron zərbəsi endirməyi planlaşdırıb
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Rusiya Dəmir Yolları: Ukrayna Anapa-Moskva qatarına dron zərbəsi endirib
"Kristal"dan külli miqdarda vergi borcu ilə bağlı məlumatlara - AÇIQLAMA
FHN Səbail rayonunda mülki müdafiə ilə bağlı tədbir keçirilib
Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri aparılır
Rusiyanın 30 regionunda İİV ümumiləşdirilmiş epidemiya miqyasına qədər yayılıb
Ukraynanın Rusiyanın Voronej vilayətinə kütləvi dron hücumu nəticəsində iki nəfər ölüb, 17 yaralı var
Ötən ay sosial müavinət və təqaüd alanların sayı məlum olub
Siyəzəndə evdən meyit tapılıb
İordaniyada kilsəyə silahlı hücum edənlər tutulub
AzInTelecom tərəfindən 85 mindən çox saxta IMEI kod bloklanıb
"Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na əlavələr nədən qaynaqlanır? - Mətbuat Şurasının şərhi
Bakıda Yeni Ramana küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Xətai rayonunda kafedə qətllə bağlı 11 nəfər həbs edilib - BİRGƏ MƏLUMAT - VİDEO
"AccessBank"ın sədri: "Bank Respublika" ilə birləşməyə dair sövdələşmə tamamlanıb
Bu günün valyuta məzənnələri
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
Dünya bazarlarında neft ucuzlaşıb
Nyu-York birjasında təbii qazın qiyməti azalır
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
“Bitcoin”in qiyməti 80 min dollardan aşağı düşüb
Qlobal fond bazarlarının əsas indeks göstəriciləri
ABŞ və Avropa fond bazarlarında eniş davam edib
Rusiyada yük qatarının 20 vaqonu relsdən çıxıb, yanğın baş verib
Çexiyada ictimai televiziyanın maliyyələşdirilməsi ilə bağlı hökumətin planlarına qarşı etirazlar keçirilib
WSJ: ABŞ Viktor Orbanı BMT-nin Baş katibi vəzifəsinə namizəd kimi görür
Lula da Silva Braziliyada prezident seçkilərinin ikinci turunda qalib gəlib
Berlində altı ayda silahla bağlı 585 hüquq pozuntusu qeydə alınıb
FT: Avropanın aparıcı lüks brendləri 251 milyard avro dəyər itirib
Pentaqon ABŞ-dakı hərbi bazaları 90 günlük avtonom fəaliyyətə hazırlayır
Tramp ABŞ və Kanadanın bir neçə ay ərzində ticarət sazişi imzalaya biləcəyini bildirib
Kimi Antonelli Formula 1 üzrə ABŞ Qran-Prisinin qalibi olub
Nigeriyada silahlı hücum nəticəsində azı 40 nəfər öldürülüb
Mask “Starlink”dən hücum məqsədilə istifadə edilməsinə qarşı çıxıb
“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib
Yunanıstan Səudiyyə Ərəbistanında “Patriot” sisteminin yerləşdirilmə müddətini uzadacaq
Vuçiç Serbiyada parlament seçkilərində məğlub olduqlarını etiraf edib
Bakıda avtomobil piyadanı vurub
Almaniyada kruiz gəmisi konteynerdaşıyan gəmi ilə toqquşub
Böyük Britaniyada güclü fırtına 1500-dən çox aviareysin gecikməsinə səbəb olub
Salvini İtaliyanın Ukraynaya yardımı dayandırmasını tələb edəcək
ABŞ və Kanada ticarət razılaşması üzrə danışıqları intensivləşdirib
Bloomberg: Demokratlar Epşteyn işi üzrə yeni araşdırmaya hazırlaşırlar
Tramp ABŞ, Rusiya və Ukrayna arasında danışıqların tezliklə keçiriləcəyini gözləyir
Əfqanıstanda 5,2 maqnitudalı zəlzələ baş verib
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat dəstəyini tam bərpa edib
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək