"Mədəniyyət Nazirliyi bir sıra dövlət qurumlarının rəylərini nəzərə almaqla əlamətdar il münasibətilə tədbirlər planı hazırlayacaq. Çalışmalıyıq ki, 2022-ci ildə “Şuşa İli” fəaliyyətimizdə ana xətt kimi özünü göstərsin”.
APA-nın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov kollegiya iclasında deyib.
“Bu il də fəaliyyət və hədəflərimiz məqsədyönlü olmalı və hər birimiz bunun üçün səmərəli fəaliyyət göstərməliyik", - nazir vurğulayıb.