Teatr Agentliyinin yaradılması zaman tələb edir.
APA-nın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda mətbuat konfransında deyib.
“Biz istəmirik ki, sadəcə publik hüquqi şəxs yaradılması naminə belə qurum yaradılsın. Bunun yaradılması üçün zaman lazımdır. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. İstərdik ki, bu sahədə daha şəffaf bir sistem qura bilək. Növbəti ildə proses davam etdiriləcək”, - nazir vurğulayıb.