Bank Of Baku

Azərbaycan Florensiya Beynəlxalq Əl İşləri Sərgisində iştirak edir

Azərbaycan Florensiya Beynəlxalq Əl İşləri Sərgisində iştirak edir
# 01 may 2019 10:30 (UTC +04:00)

İtaliyanın Florensiya şəhərində keçirilən 83-cü Beynəlxalq Əl İşləri Sərgisində Azərbaycan nümayəndə heyəti təmsil olunur. 

ONA-nın məlumatına görə, festivalda "Azərbaycan Xalq Yaradıcılığının 2018-2023-cü illər üzrə İnkişafına dair Strateji Fəaliyyət Planı"na müvafiq olaraq ölkəmizin mədəni sənaye məhsullarının stendi təşkil edilib.

Azərbaycan stendi ziyarətçilərin böyük marağına səbəb olub.

Festival çərçivəsində digər iştirakçı ölkələrin təmsilçiləri ilə mədəni sənayenin inkişafı, xalq tətbiqi sənət nümunələrinin ixrac potensialı barədə təcrübə mübadiləsi aparılıb.

Sərgi mayın 2-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR