Bank Of Baku

Azərbaycanda kino çəkilişi və satışı ƏDV-dən azad edilə bilər

Azərbaycanda kino çəkilişi və satışı ƏDV-dən azad edilə bilər
# 19 dekabr 2022 10:52 (UTC +04:00)

Azərbaycanda kino çəkilişi və satışı prosesində filmlərin ƏDV-dən azad olunması təklif olunub.

APA xəbər verir ki, bu barədə YARAT mərkəzində "Kino və Biznes: Körpülər" mövzusunda müzakirələrdə bildirilib.

Qeyd olunub ki, təklif mədəniyyət naziri Anar Kərimova və nazirliyin Audiovizual və interaktiv media şöbəsinə təqdim edilib. Təklifdə kino sahəsinin inkişafı məqsədilə filmlərin çəkilişinin və satışının 5-10 il müddətinə ƏDV-dən azad edilməsi fikri irəli sürülüb.

Mədəniyyət Nazirliyinin tədbirdə iştirak edən Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov nazirliyin təklifi dəstəkləyə biləcəyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR