Türkiyənin qaçırılmış, oğurlanmış əsərlərinin geri qaytarılması istiqamətində ciddi işlər görülür.
APA xəbər verir ki, bunu Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Konfransında çıxışı zamanı Türkiyə Mədəni İrs və Muzeylər İdarəsinin baş direktoru Gökhan Yazgı deyib.
O, Azərbaycanla bu istiqamətdə əməkdaşlığa hazır olduqlarını deyib: "Son 4 ildə 4000-dən çox əsər geri qaytarılıb. Bu, hüququ anlamda çox böyük bir işdir. Azərbaycanla bununla bağlı bütün istiqamətlərdə iş görməyə, əməkdaşlıq etməyə hazırıq".