Bank Of Baku

COPAT: Piratçılığın səviyyəsi kitab satışı sahəsində 20%-ə düşüb

COPAT: Piratçılığın səviyyəsi kitab satışı sahəsində 20%-ə düşüb
# 27 fevral 2023 14:52 (UTC +04:00)

2022-ci ildə pozulmuş müəllif hüquqlarının bərpası ilə bağlı daxil olmuş 10 yazılı müraciət müəllif-hüquq qanunvericiliyinin tələbləri baxımından araşdırılıb, müvafiq tədbirlər görülüb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin (COPAT) hesabatında qeyd edilib.

Əqli mülkiyyət hüquqlarının qorunması və təminatı sahəsində piratçılığa qarşı mübarizə tədbirləri çərçivəsində bir sıra çap məhsullarının nəzarət markası ilə buraxılması təmin edilib, il ərzində 100 865 (yüz min səkkiz yüz altmış beş) ədəd nəzarət markası verilib.

“Aidiyyəti dövlət qurumları ilə görülən birgə tədbirlərin nəticəsi olaraq, müşahidələr göstərir ki, 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi kitab satışı sahəsində 61%-dən 20%-ə, audio-video məhsul bazarında 90%-dən 53%-ə, proqram təminatında 96%-dən 71%-ə düşüb”, - hesabatda vurğulanır.


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR