“Hazırda ölkə ərazisində yerləşən tarix-mədəniyyət abidələrində monitorinq aparılır”.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirli yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.
Qeyd edilib ki, Dövlət Xidməti tərəfindən onların faktiki durumu, texniki vəziyyəti öyrənilir.
“Aparılan monitorinq tədbirlərindən sonra abidələrin qorunması işinin gücləndirilməsi, bərpa və konservasiya tədbirləri ilə bağlı müvafiq tədbirlər görüləcək”, - məlumatda vurğulanır.