Bank Of Baku

Dövlət Xidməti Bakıdakı ötən əsrə aid binanın qorunması istiqamətində tədbirlər görür

Dövlət Xidməti Bakıdakı ötən əsrə aid binanın qorunması istiqamətində tədbirlər görür
# 28 fevral 2023 15:15 (UTC +04:00)

Zivərbəy Əhmədbəyov küçəsi 50-52 ünvanında yerləşən bina dövlət mühafizəsinə götürülmüş tarix-mədəniyyət abidələrinin reyestrinə daxil deyildir.

Bunu APA-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildiriblər.

Qeyd olunub ki, Dövlət Xidmətinin əməkdaşları həmin əraziyə baxış keçiriblər: "İş icraçılarının diqqətinə çatdırılıb ki, ötən əsrin əvvəllərinə aid binanın tarix-memarlıq xüsusiyyəti daşıyan və dövlət mühafizəsinə götürülmüş tikili qismində nəzərdən keçirilməsi tələb olunur. Həmin tikilinin qorunması istiqamətində tədbirlər görülməkdədir".

Xatırladaq ki, bir neçə gündür, sosial şəbəkələrdə sözügedən ərazidə tarixi binanın sökülməsi ilə bağlı məlumatlar paylaşılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR