Bank Of Baku

Dövlət Xidməti Kürdəmirdəki qədim alban abidəsinin qorunduğunu açıqlayıb

Qaratəpə tarixi abidəsi

© APA | Qaratəpə tarixi abidəsi

# 25 oktyabr 2022 10:14 (UTC +04:00)

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin abidə mühafizəçiləri tərəfindən Kürdəmirin Sığırlı kənd qəbiristanlığında yerləşən qədim Qafqaz Albaniyasına məxsus Qaratəpə tarixi abidəsinin qorunmasına nəzarət edilir.

Bu barədə Dövlət Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, Qaratəpə yaşayış yeri və qədim qəbiristanlıq ölkə əhəmiyyətli arxeoloji abidədir:

“Abidənin ətrafında yerləşən ərazi orta əsrlərdən hazırki dövrə qədər qəbiristanlıq kimi istifadə olunur. Arxeoloji abidənin ərazisinin mühafizəsi məqsədilə ətrafı dəmir torla hasara alınıb. Aparılan maarifləndirici tədbirlərdən sonra son dövrlər abidəyə yaxın yerlərdə dəfnlərin həyata keçirilməsinin qarşısı alınıb”.

Qeyd edək ki, bir neçə gündür, sosial şəbəkələrdə tarixi abidənin məhv olmasına dair görüntülər yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR