Bank Of Baku

Gələn il dövlət büdcəsindən mədəniyyət sahəsinə ayrılacaq vəsait açıqlanıb

Gələn il dövlət büdcəsindən mədəniyyət sahəsinə ayrılacaq vəsait açıqlanıb
# 25 oktyabr 2022 11:12 (UTC +04:00)

Gələn il mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət üçün dövlət büdcəsindən 562 809 598 manat ayrılıb.

APA xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Sənəddə qeyd olunub ki, mədəniyyət və incəsənət sahəsində fəaliyyət üçün 199 184 067 manat, televiziya, radio və nəşriyyat üçün 61 024 113 manat, bədən tərbiyəsi və gənclər siyasəti üçün 46 299 315 manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti sahəsinə aid digər müəssisə və tədbirlər üçün isə 256 302 103 manat ayrılması nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR