Bank Of Baku

Gender Bərabərliyi üzrə Beynəlxalq Müasir İncəsənət layihəsi başlayıb - FOTO

Gender Bərabərliyi üzrə Beynəlxalq Müasir İncəsənət layihəsi başlayıb - FOTO
# 07 mart 2022 17:18 (UTC +04:00)

Latviya Səfirliyi, BMT-nin Azərbaycandakı Nümayəndəliyi və Norveç Krallığının Ankaradakı Səfirliyi ilə birgə əməkdaşlığı ilə “Qız Qalası. Qadın olmaq” layihəsinin davamı olaraq Gender Bərabərliyi üzrə Beynəlxalq Müasir İncəsənət “O” layihəsi təşkil edilib.

APA-nın xəbərinə görə, bu gün layihə ilə bağlı mətbuat konfransı keçirilib.

Konfransda çıxış edən Latviyanın Azərbaycandakı səfiri Daynis Qarançs qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

O qeyd edib ki, layihənin bu tarixdə başlaması təsadüfi deyil: “Biz qərar verdik ki, 8 mart bayramı ərəfəsində öz layihəmizə başlayaq. Layihə noyabrın 30-dək davam edəcək. Layihənin əsas mövzusu dayanıqlı gələcək üçün qadınların rolunu vurğulayan BMT Təhlükəsizlik Şurasının Qadınlar, Sülh və Təhlükəsizlik haqqında 1325 saylı Qətnaməsinə həsr olunub”.

Latviya səfirliyinin müşaviri xanım Vija Busa çıxışında layihənin əhəmiyyətindən bəhs edib. O bildirib ki, layihə incəsənət vasitəsilə mesaj verir: “Bizim layihəmiz gender bərabərliyinə həsr olunub. Qadınların hüquqlarından danışarkən bu gün Ukraynada gedən müharibəyə diqqət yönəltmək istərdim. Müharibəyə son qoyulmalıdır. Latviyanın məsələ ilə bağlı mövqeyi aydındır. Latviya hər bir ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Ona görə də belə layihələrin həyata keçirilməsi, qadınların təhlükəsizliyi bizim üçün çox önəmlidir. Bu layihəni həm xalq diplomatiyası kimi, həm də siyasi məsələ kimi başa düşmək olar. Bu, bizim incəsənət vasitəsilə mesajımızdır".

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva çıxışında müharibədə qadınların rolundan bəhs edib.

O vurğulayıb ki, BMT Baş katibi son iki həftə ərzində verdiyi mesajlarda çox qətiyyətli olub və əlavə edib ki, müharibə mütləq dayandırılmalıdır.

Sonra layihə ilə bağlı müzakirələr aparılıb və suallar cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR