Bank Of Baku

Heydər Əliyev Fondu mayın 10-dək bölgələrdə konsertlər təşkil edəcək

Heydər Əliyev Fondu mayın 10-dək bölgələrdə konsertlər təşkil edəcək
# 29 aprel 2019 16:59 (UTC +04:00)

Ümummilli lider Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə bir sıra bölgələrdə konsertlər təşkil olunacaq. 

ONA xəbər verir ki, tədbirlərə mayın 2-də Ağdam rayonundan start veriləcək. 

Konsert proqramında tanınmış incəsənət xadimlərinin ifasında milli musiqi və muğam nümunələri təqdim ediləcək. 

Mayın 3-də Şəkidə, mayın 4-də Gəncədə, mayın 5-də Xaçmazda, mayın 6-da Şamaxıda, mayın 7-də isə Lənkəran və Naxçıvanda konsertlər keçiriləcək. 

Konsertlərdə muğam, folklor, aşıq, estrada və pop musiqi nümunələri, müxtəlif rəqslər təqdim olunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR