Beynəlxalq Muğam Mərkəzində “İncəsənət məktəblərində islahat prosesləri: nailiyyətlər və məqsədlər” mövzusunda müşavirə keçirilib.
APA xəbər verir ki, müşavirədə mədəniyyət naziri Anar Kərimov və ölkə üzrə uşaq musiqi və incəsənət məktəblərinin direktorları və nümayəndələri iştirak edib.
Anar Kərimov aparılan islahatların vacibliyindən danışıb: "İncəsənətimizin inkişafında başlıca amillərdən biri və birincisi uşaq musiqi məktəbləri ilə bağlıdır. Buna görə də biz nazirlik olaraq islahatlarımızı məhz oradan başladıq".
Nazir incəsənət məktəblərindəki nöqsanlara diqqət çəkib: "Bütün bu əskikliklərin aradan qaldırılması istiqamətində nazirlik 8 prioritet istiqamət seçib. Birincisi, uşaq musiqi və incəsənət məktəblərində elektron sistemin həyata keçirilməsi, digəri isə, 210 məktəbdə davamiyyət və digər məsələlər üçün barmaq izinin tətbiqidir".
Sonra müşavirə öz işinə başlayıb. Təkliflər irəli sürülüb, müzakirələr aparılıb.