Bank Of Baku

İranın İslami Əlaqələr və Mədəniyyət İdarəsinin sədri Azərbaycanın keçirdiyi beynəlxalq konfransda iştirak edəcək

İranın İslami Əlaqələr və Mədəniyyət İdarəsinin sədri Azərbaycanın keçirdiyi beynəlxalq konfransda iştirak edəcək
# 17 iyun 2019 15:01 (UTC +04:00)

İranın İslami Əlaqələr və Mədəniyyət İdarəsinin sədri Əbuzər İbrahimi Türkman Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allah Şükür Paşazadənin dəvətilə Avstriyada keçiriləcək "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfransda iştirak edəcək.

Ə.İbrahimi Türkman  APA-nın Tehran müxbirinə açıqlamasında bildirib ki, konfransda Azərbaycanın dəvəti ilə iştirak edəcəklər.  

Ə.İbrahimi Türkman Azərbaycan və İran arasında mədəni əlaqələrin  yüksək səviyyədə olduğunu, iki ölkə arasında  mədəni əlaqələrin daha da inkişaf etdirəcəklərinə ümidvar olduqlarını vurğulayıb.

Qeyd edək ki, iyunun 19-da  Vyana şəhərində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi, KAİCİİD Beynəlxalq dinlərarası və mədəniyyətlərarası dialoq Mərkəzi, Cenevrə İnsan haqları və qlobal dialoq Mərkəzi və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR