Bank Of Baku

İsveçrədə polo üzrə dünya kuboku çərçivəsində Azərbaycana həsr olunmuş pavilyon yaradılıb

İsveçrədə polo üzrə dünya kuboku çərçivəsində Azərbaycana həsr olunmuş pavilyon yaradılıb
# 29 yanvar 2022 22:42 (UTC +04:00)

İsveçrənin Sankt Moritz şəhərində qarüstü polo üzrə 37-ci dünya kubokunda Azərbaycan komandası turnirin finalına vəsiqə qazanıb.

APA-nın xəbərinə görə, oyunların keçirildiyi meydanın yaxınlığında Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycana həsr olunmuş pavilyon yaradılıb.

Burada Azərbaycanın tarixi, mədəni irsi barədə məlumatlar, video çarxlar, müxtəlif suvenirlər, yerli məhsullar, eyni zamanda Heydər Əliyev Fondunun müxtəlif nəşrləri təqdim edilir.

Pavilyonda qonaqlar üçün milli mətbəximizin təamları hazırlanır, eləcə də toxucularımız Azərbaycan xalçalarının toxunması qaydalarını yerindəcə izləyicilərə nümayiş etdirir.

Bu gün axşam “Baku Moritz Night” qala gecəsində gənc skripkaçı Elvin Qəniyevin ifasında Azərbaycan musiqisi təqdim ediləcək.

Qeyd edək ki, turnirdə ölkəmizi Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə “Land of Fire” komandası təmsil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR