Kanadanın əyalət parkı və Çexiya-Almaniya dağ-mədən regionu Dünya İrs Siyahısına daxil edilib

Kanadanın əyalət parkı və Çexiya-Almaniya dağ-mədən regionu Dünya İrs Siyahısına daxil edilib
# 06 iyul 2019 18:51 (UTC +04:00)

Bu gün Ümumdünya İrs Komitəsi sessiyasında Dünya İrs Siyahısına daha iki nominasiya daxil edilib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, Kanadanın təqdim etdiyi "Daşlar üzərində yazı" əyalət parkı ilə bağlı nominasiyasının müzakirələri zamanı bu ərazidə aborigen əhalinin adət-ənənələrinin qorunması ilə bağlı fikirlər səslənib. Komitə üzvlərindən Çin, Tunis, Avstriya, Avstraliya bu nominasiyanı dəstəklədi və onun ərazidə qaradərili sakinlərin linqvistik hüquqlarının qorunmasına xidmət etdiyi vurğulanıb.

Müzakirələrdən sonra fayl qəbul edilib. Ərazinin qaradərili icmasının nümayəndəsi nominasiya ilə bağlı əlavə addımların atılacağını diqqətə çatdırıb. O, ərazinin qədim mədəni irsini gələcək nəsillərə çatdırılması üçün atılan bu addıma görə Ümumcünya İrs Komitəsinə minnətdarlığını bildirib.

Növbəti müzakirə Çexiya və Almaniyanın birgə təqdimatı –"Ergebirge / Krusnohori dağ-mədən regionu" nominasiyası üzrə aparılıb.

Bildirildi ki, 2004-cü ildə bu nominasiya müzakirəyə çıxarılsa da, sonradan geri götürülüb. Hər iki ölkənin ərazisini əhatə edən bu mədənlə bağlı geniş iş aparılıb. 800 ilə yaxın tarixi olan bu mədəndə ötən dövr ərzində böyük dəyişikliklər olub. 22 bölmədən ibarət bu nominasiyada müzakirə olunduqdan sonra müsbət qərar qəbul edildi və ərazi Dünya İrs Siyahısına salınıb.

Hər iki dövlətin nümayəndələri ev sahibliyinə görə Azərbaycana və müsbət qiymətləndirməyə görə komitəyə minnətdarlıq ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR