Kino Agentliyinin hüquqi statusu müəyyənləşib

Kino Agentliyinin hüquqi statusu müəyyənləşib
# 08 iyul 2022 17:08 (UTC +04:00)

Azərbaycan Respublikasının Kino Agentliyinin hüquqi statusu müəyyənləşib.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

Azərbaycan Respublikasının Kino Agentliyi publik hüquqi şəxsi Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısına daxil edilib.

Nazirlər Kabinetindən qərara verilən şərhdə bildirilib ki, Azərbaycan Respublikasının Prezidentinin 2022-ci il 20 aprel tarixli 1667 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxs yaradılıb. Bundan irəli gələrək, Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısında “publik hüquqi şəxslər” bölməsi yaradılaraq agentlik bu bölməyə əlavə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR