Laçında tarix-memarlıq abidələrinin ilkin inventarlaşdırılma və monitorinq tədbirlərinə başlanılıb.
Bu barədə APA-ya Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi tərəfindən Laçında tarix-memarlıq abidələrinin ilkin inventarlaşdırılma və monitorinq tədbirlərinə başlanılıb.