Bank Of Baku

Mədəniyyət Nazirliyi: İçərişəhər Ümumdünya Mədəni İrs Siyahısından çıxarılmayıb

Mədəniyyət Nazirliyi: İçərişəhər Ümumdünya Mədəni İrs Siyahısından çıxarılmayıb
# 24 aprel 2019 11:11 (UTC +04:00)

“İçərişəhərin UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısından çıxarılması barədə yayılan xəbərlər əsassızdır”.

Bu barədə ONA-ya Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məlumat verib.

O bildirib ki, sosial şəbəkələrdə İçərişəhərin UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısından çıxarılması haqqında yayılan məlumatlar şayiədir: “İçərişəhər Ümumdünya Mədəni İrs Siyahısındadır. O, nəinki siyahıdan  çıxarılmayıb, bu barədə heç müzakirə belə getməyib”.

Qeyd edək ki, sosial şəbəkələrdə İçərişəhərin UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısından çıxarılması haqqında xəbərlər yayılıb. Buna səbəb kimi İçərişəhər ərazisində aparılan tikinti işləri göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR