Milli Məclisdə “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.
Bu barədə APA-ya parlamentin Mədəniyyət komitəsi sədrinin müavini Fazil Mustafa məlumat verib.
F. Mustafa qeyd edib ki, bu qanun layihəsi Mədəniyyət komitəsinin 2022-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planına daxil edilib.
Eyni zamanda komitə yaz sessiyası çərçivəsində aidiyyəti qurumlardan daxil olan layihələrin də müzakirəsini keçirəcək, 2022-ci ilin yaz sessiyası dövründə komitənin fəaliyyəti ilə bağlı hesabatın hazırlanması və müzakirəsi də iş planına daxil edilib.