Bank Of Baku

Musiqi məktəblərində müəllim və şagirdlərin qeydiyyatı FİN kodla aparılacaq

Musiqi məktəblərində müəllim və şagirdlərin qeydiyyatı FİN kodla aparılacaq
# 14 oktyabr 2022 11:39 (UTC +04:00)

“Bundan sonra müəllimlərin və şagirdlərin qeydiyyatı FİN kod vasitəsilə həyata keçiriləcək”.

APA xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Nazir incəsənət məktəblərindəki islahat proseslərindən danışıb: "Uşaq musiqi və incəsənət məktəblərində elektron sistemin tətbiq edilməsi, hesab edirəm ki, sözügedən islahatlar istiqamətində ən vacib məsələdir. 210 uşaq musiqi və incəsənət məktəblərində müəllimlərin və şagirdlərin qeydiyyatı və siyahısının elektron sistemə keçirilməsi baş tutub. Yəni bu o deməkdir ki, bu islahatdan sonra müəllimlərin və şagirdlərin qeydiyyatı FİN kod vasitəsilə həyata keçiriləcək. Nəticə etibarilə, bir şagirdin formal olaraq bir neçə məktəbdə təhsil alması və yaxud da hansısa bir müəllimin bir neçə məktəbdə dərs deməsi mümkün olmayacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR