Mədəniyyət naziri Anar Kərimov maddi çətinlik çəkən mədəniyyət nümayəndələrinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirib.
APA-nın məlumatına görə, “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda mətbuat konfransında çıxış edən nazir bildirib ki, bununla bağlı müvafiq mexanizm yoxdur.
A. Kərimov bu məsələnin dəfələrlə mətbuatda qaldırıldığını vurğulayıb: “Biz bunu başa düşürük. Onlar həssas təbəqəyə aid insanlardır. Biz mədəniyyət nümayəndələrimizə dəstək olacaq bir mexanizm yaradılmasını istəyirik, gələcəkdə də buna çalışacağıq. Burda təbii ki, şəffaflıq çox önəmlidir”.