Bank Of Baku

Prezident İlham Əliyev xalq artistinə mənzil hədiyyə edib

Prezident İlham Əliyev xalq artistinə mənzil hədiyyə edib
# 16 mart 2019 16:03 (UTC +04:00)

Prezident İlham Əliyev xalq artisti Əjdər Həmidova 3 otaqlı mənzil hədiyyə edib.

Bu barədə ONA-ya xalq artisti Əjdər Həmidov məlumat verib.

O bildirib ki, Prezident İlham Əliyev bayramqabağı imzaladığı bütün fərman və sərəncamlarla sənət adamlarını sevindirib.

“Cənab Prezident şəxsən mənə Bakı şəhərinin 9-cu mikrorayon ərazisində 3 otaqlı mənzil hədiyyə edib. Buna görə də cənab Prezidentə sənət adamları və öz adımdan təşəkkürümü bildirirəm. Ölkə başçısı İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanın bayramını təbrik edirəm”, - deyə xalq artisti bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR