“Mədəniyyət Nazirliyi ilə birlikdə “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi artıq hazırlanıb”.
APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin Mədəniyyət komitəsinin iclasında komitə sədri Qənirə Paşayeva bildirib.
Qənirə Paşayeva deyib ki, qanun layihəsi ilə bağlı dinləmə təşkil olunacaq: “Dinləmələrin təşkili üçün İşçi qrupu da yaradılacaq. Dinləmələrə cəlb edilən ekspertlərin təklifləri də nəzərə alınmaqla, qanun layihəsi yaz sessiyasında parlamentin plenar iclasına tövsiyə ediləcək”.