Bank Of Baku

"Qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyası" ilə bağlı təlimin açılışı olub

"Qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyası" ilə bağlı təlimin açılışı olub
# 13 oktyabr 2022 10:07 (UTC +04:00)

Mədəniyyət Nazirliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının birgə təşkilatçılığı ilə "İrsin İdarəedilməsi Bacarıqlarının İnkişafı" Təlim Proqramı çərçivəsində UNESCO-nun "Qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyası" ilə bağlı təlim kursunun açılış mərasimi baş tutub.

APA xəbər verir ki, tədbiri giriş sözü ilə açan Yaradıcı Sənayelər Federasiyasının nümayəndəsi, təlimin rəhbəri Vasif Eyvazzadə təlim və onun məqsədi ilə bağlı geniş məlumat verib.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva qonaqları salamlayaraq konvensiyanın əhəmiyyətini qeyd edib:

"Azərbaycan xalqının 15 qeyri-maddi irsinin qorunacaq irslərin siyahısına düşməsi, hesab edirəm ki, olduqca ciddi məsələdir. Bunlar içərisində muğam, xalça, Çövkən oyunu, Yallı rəqsi kimi əhəmiyyətli mədəni irs nümunələri qeyd edə bilərik. Bu il isə bir neçə yeni nominasiyaların da siyahıya daxil ediləcəyi gözlənilir".

Əqli Mülkiyyət Agentliyi Aparatının rəhbəri Xudayat Həsənli təlimin gələcək üçün töhfələrindən danışıb:

"Hesab edirəm ki, bugünkü görüşümüz və təlim gələcəkdı qeyri-maddi irslərin qorunmasına çox ciddi töhfə verəcək".

Çıxışlar bitdikdən sonra təlim öz işinə başlayıb.

Qeyd edək ki, iki gün davam edəcək təlimdə qeyri-maddi irs, onun zəruriliyi və əhəmiyyəti və 2003-cü il Konvensiyası barədə çıxışlar olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR