“Başa düşmək lazımdır ki, ölkədə iki kino ittifaqı ola bilməz, buna gərək yoxdur. Bunlar nə vaxtsa mütləq birləşdirilməlidir”.
Bu sözləri APA-ya müsahibəsində Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev deyib.
Xalq artisti ittifaqların birləşəcəyi təqdirdə rəhbərliyi kimin edəcəyi məsələsinə də toxunub: “Rəhbər kim olur, olsun. Mən birləşməyi ona görə demirəm ki, gedib rəhbər olum. Yox. Bizim özümüzü də, onları da dövlət müəyyən mənada maliyyələşdirir. Amma yenə də, bütün dünyada olduğu kimi, ittifaq bir dənə olmalıdır. Adının fərqi yoxdur, ittifaq olsun, birlik olsun, cəmiyyət olsun, nə olur, olsun. Amma olsun. Bir olsun”.
Müsahibənin bütöv mətnini buradan oxuya bilərsiniz.