Bank Of Baku

Rasim Balayev: Qələbəmiz haqqında, qəhrəmanlarımız haqqında film çəkmək lazımdır

Rasim Balayev: Qələbəmiz haqqında, qəhrəmanlarımız haqqında film çəkmək lazımdır
# 20 aprel 2023 11:56 (UTC +04:00)

Böyük qələbə qazanmışıq, xoşbəxt adamam ki, Qarabağın alınmağını mən gördüm.

APA xəbər verir ki, bunu Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda Xalq artisti Rasim Balayev deyib:

O bildirib ki, Qarabağ haqqında, qələbəmiz haqqında film çəkmək lazımdır: “Aqil Abbasın əsəri əsasında “Dolu” filmi çəkilib. Amma bizim çoxlu qəhrəmanlarımız var, hamısı haqqında olmasa da heç olmasa bir qismi barədə film çəkmək, onları göstərmək lazımdır”.

Rasim Balayev onu da qeyd edib ki, xaricə çıxmaq vacibdir: “Bunun üçün də ümumbəşəri filmlər də çəkilməlidir. Belə filmlərlə beynəlxalq arenaya çıxa bilərik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR