Bank Of Baku

Sabiq mədəniyyət nazirinə İSESCO-da vəzifə verilib

Sabiq mədəniyyət nazirinə İSESCO-da vəzifə verilib
# 17 may 2023 16:51 (UTC +04:00)

Azərbaycanın sabiq mədəniyyət naziri Anar Kərimova vəzifə verilib.

APA İSESCO-nun rəsmi saytına istinadən xəbər verir ki, Anar Kərimov ISESCO-nun Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq sektorunun müdiri təyin edilib.

Məlumatda qeyd olunub ki, Anar Kərimov uğurlu təcrübəsi və karyerasına görə bu vəzifəyə təyinat alıb.

Onun vəzifə səlahiyyətlərinə İSESCO-ya üzv dövlətlərindəki müxtəlif qurumlarla, eləcə də beynəlxalq təşkilatlar və orqanlarla tərəfdaşlıq əlaqələrini genişləndirmək, onun bütün dünyada əhatə dairəsinin artırılmasına töhfə vermək və proqramlarını dəstəkləmək üçün lazımi maliyyə resurslarını səfərbər etmək daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR