09 iyun 2022-ci il tarixində bir sıra KİV-də və sosial şəbəkələrdə İçərişəhərin Qala divarında törədilən vandalizm aktı barəsində məlumatlar yayılıb. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məsələni nəzarət altına götürüb və hazırda lazımi tədbirlər görülməkdədir.
APA xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Şahin Seyidzadə bildirib.
Onun sözlərinə görə, tezliklə görülən əlavə tədbirlər haqqında ictimaiyyətə geniş məlumat veriləcək.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu kimi məsələni işıqlandıran hər bir kəsə təşəkkürünü bildirir”, - Şahin Seyidzadə qeyd edib.