Bank Of Baku

Şəfiqə Məmmədova ilə Rasim Balayevin rəhbərlik etdiyi qurumlar birləşib

Şəfiqə Məmmədova ilə Rasim Balayevin rəhbərlik etdiyi qurumlar birləşib
# 26 iyul 2023 11:35 (UTC +04:00)

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) birləşib.

İttifaqlardan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı bu gün ittifaqların idarə heyətinin iştirakı ilə iclas keçirilib.

İclasın yekunu olaraq, ölkədəki kino sektoruna dəstək və birlik məqsədilə ittifaqların birləşdirilməsinə qərar verilib.

Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar isə yeni təşkilatın adının Kinematoqrafçılar Birliyi olmasını təklif edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb və ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədovadır. Azərbaycan Kinematoqrafçılar İttifaqı isə 1963-cü ildən fəaliyyət göstərir, ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR