Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçiriləcək - VİDEO

# 29 aprel 2022 18:26 (UTC +04:00)

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçiriləcək.

APA xəbər verir ki, bu barədə Heydər Əliyev Fondu məlumat yayıb.

Qeyd edilib ki, festival 5-8 may tarixlərində Şuşada baş tutacaq.

Festivalda Azərbaycan və dünya mətbəxindən təqdimatlar keçiriləcək.

Bundan başqa, Azərbaycan regionlarının və müxtəlif ölkələrin aşpazlarının canlı performansları, müxtəlif milli yeməklər, əyləncələr, sərgilər, yerli və xarici aşpazların ustad dərsləri nümayiş olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR