Bank Of Baku

Tanınmış diktor Natəvan Hacıyeva vəfat edib - YENİLƏNİB

Tanınmış diktor Natəvan Hacıyeva vəfat edib - YENİLƏNİB
# 01 may 2019 17:55 (UTC +04:00)

Azərbaycanın əməkdar artisti, tanınmış diktor Natəvan Hacıyeva dünyasını dəyişib.

Bu barədə ONA-ya AzTV-dən məlumat verilib.

N. Hacıyevanın qızı Cəmilə Davudovanın ONA-ya verdiyi məlumata görə, anası xərçəng xəstəliyindən əziyyət çəkirdi: "Xəstəliyi barədə ötən ilin noyabrında bildik. Bir ay olardı ki, vəziyyəti pisləşmişdi". 

N. Hacıyeva ilə vida mərasimi sabah saat 14.00-da yaşadığı mənzildə olacaq. O, Yasamalda köhnə qəbiristanlıqda dəfn olunacaq. 

Qeyd edək ki, 1942-ci ildə anadan olan Natəvan Hacıyeva 1960-ci ildə efirə çıxıb. O, AzTV-nin ilk rəsmi diktoru olub.

Allah rəhmət eləsin! 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR