Bank Of Baku

Dövlət Turizm Agentliyinə qoruq ərazilərindəki tarixi abidələri pasportlaşdırmaq səlahiyyəti verilib

Dövlət Turizm Agentliyinə qoruq ərazilərindəki tarixi abidələri pasportlaşdırmaq səlahiyyəti verilib
# 02 may 2019 18:28 (UTC +04:00)

Dövlət Turizm Agentliyinə qoruqların ərazilərində yerləşən tarix və mədəniyyət abidələrini pasportlaşdırmaq səlahiyyəti verilib. 

ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı  “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi haqqında fərmanında öz əksini tapıb.

Fərmana yeni əlavə edilən 3.0.45-1-ci yarımbəndinə əsasən, Dövlət Turizm Agentliyinin vəzifələri sırasına qoruqların ərazilərində yerləşən tarix və mədəniyyət abidələrini siyahıya və dövlət qeydiyyatına almaq, pasportlaşdırılmasını həyata keçirmək aid edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR