Bank Of Baku

UNESCO-nun nümayəndələri İçərişəhəri ziyarət ediblər

UNESCO-nun nümayəndələri İçərişəhəri ziyarət ediblər
# 12 may 2023 20:03 (UTC +04:00)

Bakıda UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS), qurumun Azərbaycan Milli Komitəsinin və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə “Ümumdünya irsi peşəkarlarının bacarıqlarının gücləndirilməsi” adlı beynəlxalq seminar keçirilib.

APA xəbər verir ki, seminar çərçivəsində İCOMOS ekspertlərinin və İsrail, Türkiyə, Bolqarıstan, Sloveniya, Rusiya, Rumıniya, Moldova, Gürcüstan, Pakistan, Qazaxıstan, Özbəkistan, Misir, Oman və digər ölkələrdən olan mütəxəssislərin UNESCO-nun Ümumdünya İrs Məkanı olan İçərişəhərə səfəri baş tutub. Seminar iştirakçıları İçərişəhərin dünya irs məkanı kimi mühafizəsi, mədəni irs obyektlərinin bərpası və konservasiyası, eləcə də zəngin mədəni irsin təbliği istiqamətində gördüyü işlərlə tanış oldular.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR