UNESCO-nun Ümumdünya İrs Komitəsinin (ÜİK) Kazanda keçirilməli olan sessiyası qeyri-müəyyən müddətə təxirə salınıb.
APA TASS-a istinadən xəbər verir ki, hazırda illik sessiyanın harada və nə vaxt keçiriləcəyi bəlli deyil.
Qeyd edək ki, iclasın bu ilin 19-30 iyun tarixlərində keçirilməsi planlaşdırılırdı.